Sığorta haqqını hesablayın

Kredit müddətinə uyğun sığorta müddəti təyin ediləcək.
ddddddddd
Hesabla

Tez-tez verilən suallar

Kredit həyat sığortasının hansı üstünlükləri var?

Kredit həyat sığortası kredit götürmüş şəxslərin bədbəxt hadisə və ya xəstəlik nəticəsində ölümü və ya əmək qabiliyyətinin itirilməsi halında kredit təşkilatına olan borcun sığorta şirkəti tərəfində qarşılanmasına təminat verir. Baş vermiş xoşagəlməz hadisələr nəticəsində həyat sığortası ailənizin və yaxınlarınızın əlavə olaraq maddi ziyana qarşı qorumuş olur.
Kredit həyat sığortası bədbəxt hadisə və ya xəstəlik nəticəsində baş vermiş aşağıdakı risklərdən sığorta təminatı verir:
- Sığorta olunanın ölməsi
- Sığorta olunanın I,II və III qrup əlilliyi
Sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır:
- 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar;
- I və II qrup əlillər;
- narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər;
- Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələr.
Kredit götürən şəxsin ölümü halında kredit qrafikinə əsasən qalıq borc məbləğinin 100%-i həcmində, əlilik dərəcəsindən asılı olaraq isə kredit qrafikinə əsasən qalıq borc məbləğinin sığorta müqaviləsində göstərilmiş faizlər həcmində borcun qarşılanması sığorta şirkəti tərəfindən həyata keçirilir.
Sığorta hadisəsi hesab edilə bilən hal baş verdikdə Sığortalı, Sığorta olunan və ya Faydalanan şəxs bu barədə bildiyi və ya bilməli olduğu andan mövcud və mümkün vasitələrdən istifadə etməklə ən qısa zamanda +99412 525 08 80 nömrəli telefona zəng edərək Sığortaçıya məlumat verilməlidir. Sığorta hadisəsi baş verdiyi andan 30 (otuz) təqvim günü müddətində Sığortaçını yazılı şəkildə məlumatlandırmalı, sığorta hadisəsinin təsdiq edilməsi ilə bağlı tələb olunan sənədləri toplamalı və Sığortaçıya təqdim etməlidir. Tələb olunan sənədlərin sonuncusu Sığortaçıya təqdim edildikdən sonra Sığortaçı baş vermiş hadisəyə görə Sığorta ödənişi edəcəyi təqdirdə 7 (yeddi) iş günü ərzində ödənişi həyata keçirir, əks halda isə yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
2014-cü il 23 sentyabr tarixində təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 18-ci bəndinə əsasən.